Bir brif, dörd səhifə

Sizin şəxsi sosial media agentiniz.

Brendinizin bütün səhifələrini bir yerdən idarə edin. Brifi yazırsınız — agent hər səhifə üçün mətni və vizualı hazırlayır; oxuyub düzəldirsiniz, post seçdiyiniz vaxtda özü paylaşılır.

  • Birbaşa dərc olunur:
  • FacebookFacebook
  • InstagramInstagram
  • LinkedInLinkedIn
  • TikTokTikTok

Tanış gəlir?

Post yazmaq asandır. Yoran onun ətrafındakı işlərdir.

Sosial medianı tək aparırsınızsa və ya kiçik komandanız varsa, bu həftə yəqin ki, bunlardan ən azı birini yaşamısınız.

  1. Adətən belə olur

    Eyni şeyi beş dəfə yazırsınız

    Instagram üçün qısa və heşteqli, LinkedIn üçün ciddi, TikTok üçün tam başqa cür. Vaxt olmayanda isə hər yerə eyni mətni qoyursunuz və özünüz də bilirsiniz ki, alınmadı.

    IXSocial-da isə

    Bir dəfə yazın, hər səhifəyə öz mətni çıxsın

    Nə demək istədiyinizi iki cümlə ilə yazırsınız. Hər səhifə üçün ayrıca mətn hazırlanır, brendinizin danışıq tərzində. Paylaşmazdan əvvəl lentdə necə görünəcəyinə baxırsınız.

  2. Adətən belə olur

    Mətn hazırdır, şəkil gözləyir

    Dizayner başqa işlə məşğuldur, post sabaha qalır, sonra da birisi günə. Yazını bir proqramda qoyursunuz, loqonu o birində, videonu üçüncüsündə kəsirsiniz.

    IXSocial-da isə

    Şəkil də postla birlikdə hazır olur

    Şəkli, karuseli və ya videonu elə oradaca düzəldirsiniz, loqonuzla və brendinizin üslubunda. Öz şəkliniz varsa, yükləyin: kəsmək, rəngini düzəltmək, üstünə yazı yazmaq da oradadır.

  3. Adətən belə olur

    «Bu gün nə paylaşaq?»

    Hər səhər eyni sual. Novruz yadınıza bayramın səhəri düşür, səhifə isə iki həftədir susur.

    IXSocial-da isə

    Bütün ay qabaqcadan görünür

    Ay bir təqvimdədir, bayramlar və brendinizin öz günləri artıq orada qeyd olunub. İstəsəniz, həftənin və bayramların postları sizin üçün qabaqcadan hazırlanır. Siz sadəcə oxuyub təsdiqləyirsiniz.

  4. Adətən belə olur

    Təsdiq çatda ilişib qalır

    Skrinşotu qrupa atırsınız, cavab səsli mesajla gəlir: «bir az da düzəlt». Üç versiyadan sonra hansının son olduğunu heç kim xatırlamır.

    IXSocial-da isə

    Hansı postun harada olduğunu hamı görür

    Hər postun öz yeri var: qaralamada, təsdiqdə və ya planlanıb. Admin bir kliklə təsdiqləyir, bəyənməsə nəyi düzəltmək lazım olduğunu yazıb qaytarır. Nəsə dəyişəndə bildiriş gəlir.

  5. Adətən belə olur

    Paylaşmaq üçün işinizi yarımçıq qoyursunuz

    Telefonda xatırladıcı səslənir, siz də bir-bir hər tətbiqə girib postu yerləşdirirsiniz. Bir neçə brend varsa, hansı hesabda olduğunuzu da yoxlamalı olursunuz.

    IXSocial-da isə

    Post vaxtı çatanda özü çıxır

    Səhifələri bir dəfə qoşursunuz, bütün brendləriniz bir yerdədir. Saatı seçirsiniz və unudursunuz. Nəsə alınmasa, dərhal xəbəriniz olur.

Xüsusiyyətlər

Tətbiqin içində nə var

Mətn və vizual redaktoru, təqvim, təsdiq lövhəsi, komanda idarəetməsi. Neçə brendiniz varsa, hamısı bir hesabda.

InstagramFacebookLinkedIn
Süni intellekt yazır
Ton: səmimi · 3 səhifəYarat
#kampaniya

Necə işləyir

Birinci postunuza qədər üç addım

Səhifələri bir dəfə qoşursunuz. Ondan sonra hər post elə bu yolla gedir.

  1. 1

    Səhifələri qoşun

    Brendin ayarlarından Facebook səhifənizi, Instagram, LinkedIn, TikTok və Threads hesabınızı bağlayın. Hər brend üçün bir dəfə.

  2. 2

    Postu hazırlayın

    Brifi yazın, mətnlə vizual hər səhifə üçün ayrıca hazırlansın. Göndərməzdən əvvəl postu səhifənin öz görünüşündə — lentdə və ya storidə — yoxlayın.

  3. 3

    Vaxtını seçin

    Saatı təqvimdən seçirsiniz, sonra əlinizi çəkirsiniz. Post vaxtında gedir; alınmasa, bildiriş gəlir və yenidən cəhd edirsiniz.

Qiymətlər

Özünüzə uyğun planı seçin

Hər planda aylıq kredit limiti var: mətn, şəkil və video generasiyası ondan çıxır. Dərc etmək, təqvim və komanda limitsizdir.

İllik ödənişə keçsəniz 2 ay pulsuzdur

  • Standart

    Tək brend, müntəzəm qrafik.

    $19/ ay

    Aylıq ödəniş, istənilən vaxt dayandırın

    200 kredit/ay

    • Təxminən 200 post mətni
    • və ya 100 şəkil
    • və ya 11 video (6 san)
    • 1 brendə qədər
    Başlayın
  • Ən çox seçilən

    Plus

    Hər gün post, video daxil.

    $39/ ay

    Aylıq ödəniş, istənilən vaxt dayandırın

    450 kredit/ay

    • Təxminən 450 post mətni
    • və ya 225 şəkil
    • və ya 25 video (6 san)
    • 2 brendə qədər
    Başlayın
  • Pro

    Çox brend, gündəlik video.

    $79/ ay

    Aylıq ödəniş, istənilən vaxt dayandırın

    1000 kredit/ay

    • Təxminən 1000 post mətni
    • və ya 500 şəkil
    • və ya 55 video (6 san)
    • 5 brendə qədər
    Başlayın
  • Enterprise

    Agentliklər və böyük komandalar: fərdi limitlər və şərtlər.

    Fərdi

    Həcminizə və komandanıza görə qiymət

    Fərdi limitlər

    • Kreditlər — sizinlə razılaşdırılır
    • Brendlər — sizinlə razılaşdırılır
    • İmkanlar — sizinlə razılaşdırılır

Əvvəlcə sınamaq istəyirsiniz?

Pulsuz

Hər yeni hesab bununla başlayır: süni intellekti sınamaq üçün bir dəfəlik 50 kredit, təqvim və paylaşım. 1 brendə qədər. Kart lazım deyil.

Başlayın

Yalnız post yazıb planlaşdırmaq lazımdır?

Əsas · $5/ ay

Təqvim, təsdiq və bütün şəbəkələrdə paylaşım — süni intellektsiz. 1 brendə qədər.

Başlayın

Rəqəmlər Standart model üçündür. Ultra daha güclü modeldir və daha çox kredit tutur; qiymət cədvəli hesabınızın Abunəlik bölməsindədir. İllik plan bir dəfəyə ödənilir, kredit isə hər ay yenilənir.

Qiymətlər ABŞ dollarındadır. Kartla ödəniş manatla, 1 $ = 1,70 ₼ məzənnəsi ilə aparılır.

Növbəti dərc: bu gün, 18:45

Bu həftənin postlarını bu gün planlaşdırın

Qeydiyyat bir neçə dəqiqə çəkir: brendinizi yaradın, səhifələri qoşun. İlk postu elə bu gün göndərə bilərsiniz.

Hesab yaradın